“Günəşin musiqi dəftəri” kitabı nəşr olunub
8.2.2018

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cavanşir Quliyevin “Günəşin musiqi dəftəri” kitabının nəşri başa çatdırılıb və musiqisevərlərin ixtiyarına verilib.

Nazirlikdən bildirilib ki, günəşlə bağlı 11 adda əsərin daxil edildiyi məcmuə uşaq musiqi məktəblərində yuxarı sinif şagirdlərinin tədrisi üçün nəzərdə tutulub. Əsərlərin audio variantı hazırlanaraq CD şəklində kitaba əlavə edilib.

“Prestij-N” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap olunan kitabı Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan uşaq musiqi məktəblərinə və kitabxanalara paylanılacaq.

azertag.az