Xalça Muzeyində Qara Qarayevin əsərləri səsləndirilir
7.2.2018

Azərbaycan Xalça Muzeyində bu gündən görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə ekspozisiyada fon musiqi qismində bəstəkarın əsərlərindən parçalar səsləndirilir.

Xalça Muzeyindən verilən məlumata görə, muzeydə xalqımızın qədim musiqi aləti olan udun müşayiəti ilə ekspozisiyada fon musiqisi qismində xalq və bəstəkar mahnıları daim səsləndirilir. Məqsəd xarici qonaqlara və bütün ziyarətçilərə Azərbaycan musiqisini tanıtmaq və milli, maddi-mənəvi irsimizin tarixini özündə qoruyub saxlayan xalçalarımızla yanaşı, zəngin musiqi mədəniyyətimizi də təbliğ etməkdir.

azertag.az