Malatyada Elçin Musaoğlunun çəkdiyi sənədli filmin təqdimatı olacaq
7.2.2018

Fevralın 10-da Malatyada azərbaycanlı rejissor Elçin Musaoğlunun çəkdiyi “Türkiyə mənim də Vətənim” adlı sənədli filmin premyerası keçiriləcək.

Türkiyə mediasına istinadla xəbər verilir ki, Malatya Böyükşəhər Bələdiyyəsinin istehsalı olan filmdə 15 iyul gecəsi baş verən dövlət çevrilişi cəhdi zamanı Türkiyədə yaşanan hadisələr azərbaycanlıların gözü ilə lentə köçürülüb.

Sənədli filmin çəkilişləri Bakı, İstanbul, Ankara, Sakarya və Malatyada həyata keçirilib.

Təqdimatdan sonra sənədli film fevralın 11-də və 12-də Malatya Avşar Kinoteatrlarında da nümayiş olunacaq.

azertag.az