Musiqisevərlərə yeni kitab
7.2.2018

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Bilqeyis xanım Məmmədova-Qarayeva haqqında xatirələr. Mənalı ömrün salnaməsi” kitabı nəşr olunaraq musiqisevərlərin ixtiyarına verilib.

Nazirlikdən bildirilib ki, bu kitab Azərbaycan musiqişünaslıq məktəbinin görkəmli nümayəndəsi, həyatını pedaqogika və musiqi elminə həsr etmiş sənətkar Bilqeyis Məmmədova-Qarayeva haqqındadır. Nəşrdə, həmçinin sənətkarın zəngin ömrünün bütün dövrlərini əhatə edən fotoşəkillər verilib.

Kitabın tərtibçi-redaktoru Əməkdar İncəsənət Xadimi, bəstəkar Rəşid Şəfəqdir.

Kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və aidiyyəti müəssisələrə paylanılacaq.

azertag.az