Səyyar “ASAN xidmət” Abşeron sakinlərinin xidmətində
7.2.2018

Abşeron rayonunda qeydiyyatda olan sakinlər növbəti dəfə səyyar “ASAN xidmət”in fəaliyyətindən yararlana bilərlər. Belə ki, səyyar “ASAN xidmət” fevralın 2-dən Xırdalan şəhərində fəaliyyətə başlayıb.

Abşeron rayonunun sakinləri bir ay ərzində Xırdalan şəhərindəki Mədəniyyət Mərkəzinin önündə yerləşən səyyar “ASAN xidmət”in xüsusi məntəqəsində müvafiq sənədlərini ala bilərlər. Sakinlərə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi üzrə xidmətlər təklif olunur. Həmçinin mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyün) dair dövlət reyestrindən arayışlar, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar və texniki pasportlar verilir.

azertag.az