Dövlət qulluğuna qəbul imtahanından keçən namizədlərə sertifikatların verilməsinə başlanılıb
6.2.2018

Dövlət qulluğuna qəbul üçün 17 dekabr 2017-ci il tarixdə keçirilən test imtahanından keçən namizədlərə sertifikatların verilməsinə başlanılıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 17 dekabr 2017-ci il tarixdə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən müraciət edə bilərlər.

Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

trend