Görkəmli bəstəkarın 100 illiyinə həsr olunmuş elmi konfrans keçiriləcək
6.2.2018

Fevralın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçiriləcək.

Tədbirdə respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı nəzərdə tutulur.

Konfransda Qara Qarayevin yaradıcılığından danışılacaq və Azərbaycan musiqi mədəniyyəti tarixindəki rolundan bəhs edən elmi məruzələr dinləniləcək.

azertag.az