Ankarada “Qara Qarayev ili”nin açılış konserti olacaq
6.2.2018

Fevralın 15-də Ankara şəhərində böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə böyük konsert proqramı təşkil ediləcək.

Konsert “Qara Qarayev ili” çərçivəsində Azərbaycanın Türkiyədəki səfirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə keçiriləcək.

Qeyd edək ki, TÜRKSOY-un qərarı ilə 2018-ci il “Qara Qarayev ili” elan olunub.

azertag.az