“Jara-2018” festivalı ilə əlaqədar “pre-party” təşkil olunacaq
5.2.2018

Aprelin 26-da “Jara-2018” Beynəlxalq Musiqi Festivalı ilə əlaqədar “pre-party” təşkil ediləcək.

Festivalın “facebook” səhifəsinə istinadla xəbər verilir ki, “Elektra Hall”da keçiriləcək festivalqabağı tədbirin biletləri bu yaxınlarda satışa çıxarılacaq.

“Jara-2018” Beynəlxalq Musiqi Festivalı iyulun 26-dan 29-dək Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək. Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

azertag.az