Parisdə Azərbaycanlı pianoçunun solo konserti keçiriləcək
5.2.2018

Parisin birinci rayonunda yerləşən “Le Duc des Lombards” caz klubunda Azərbaycanın Əməkdar Artisti Şahin Növrəslinin konserti keçiriləcək.

Fevralın 7-də keçiriləcək konsert amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın rəhbərliyi altında təşkil olunacaq.

Şahin Növrəsli öz musiqilərində Şərq və Qərb ənənələrini birləşdirir. Əhməd Camalın dəvəti ilə artıq bir neçə aydır Parisdə olan Şahin Növrəslinin burada silsilə konsertləri gözlənilir.

azertag.az