“Instagram”a videozəng funksiyası əlavə ediləcək
1.2.2018

“Instagram”da videozəng funksiyası istifadəyə veriləcək. Hazırda mütəxəssislər yeni funksiyanı qapalı rejimdə sınaqdan keçirməyi planlaşdırırlar.

“planet-today.ru” saytına istinadla xəbər verilir ki, “Instagram”ın proqram təminatında artıq videozəngin ilk elementləri var. Yeni funksiya birbaşa xəbərlər blokuna əlavə olunacaq. Hər bir istifadəçinin kontakt siyahısında kamera ikonu yer alacaq. Bu yeniliyin tam olaraq nə vaxt hazır olacağı isə hələlik bəlli deyil.

azertag.az