Məktəblilər arasında dama üzrə yarışın qalibləri mükafatlandırılıblar
1.2.2018

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 10 nömrəli tam orta məktəbdə şagirdlər arasında dama idman növü üzrə yarış keçirilib.

BŞTİ-dən bildiriblər ki, yarışda Nizami rayonu üzrə ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 129, 272 və 251 nömrəli tam orta məktəblərin şagirdləri birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.

Qaliblər medal və diplomla mükafatlandırılıblar.

azertag.az