Moskva Konservatoriyasında Qara Qarayevin 100 illiyinə həsr edilən konsert olacaq
1.2.2018

Fevralın 1-də P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dünya şöhrətli sovet və Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilən konsert olacaq.

Konsertdə Yelena Reviç (skripka), Olqa Domnina (fortepiano) və Yevgeni Astafurov (bariton) iştirak edəcəklər. Musiqi axşamını giriş sözü ilə sənətşünaslıq doktoru Rauf Fərhadov açacaq.

Yubiley konsertinin proqramına Qara Qarayevin əsərləri – skripka və fortepiano üçün sonata (1960), fortepiano üçün altı prelyüd (1963), Lenqston Hyuzun sözlərinə yazılmış “Üç noktürn” vokal silsiləsi (1958), Vladimir Geninin transkripsiyasında “Yeddi gözəl” baletindən rəqslər (1952) daxil edilib.

azertag.az