Musiqili Teatrının aktyorları mükafata layiq görülüb
1.2.2018

Zirvə Ziyalılar Təşkilatının yaranmasının 26-cı ildönümü münasibəti ilə keçirilən “Azerbaijan Best Awards” (ABA) mərasimində 2017-ci ildə yaradıcılıq fəaliyyətləri ilə fərqlənən bir sıra incəsənət, şou-biznes və müxtəlif sahələrin nümayəndələrinə mükafatlar təqdim olunub.

Azərbaycan Dövlət Musiqili Teatrın iki aktyoru da mükafat alanlar sırasındadır.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Əməkdar Artisti Çingiz Əhmədov “Ən yaxşı aktyor”, Əli Nicat “İlin ən populyar televiziya serialı” nominasiyaları üzrə mükafatlara layiq görülüblər.

azertag.az