Muzey Mərkəzində növbəti sərgi –“Qəlbin inciləri”
31.1.2018

Fevralın 6-da Muzey Mərkəzində rəssam Firəngiz Hüseynovanın “Qəlbin inciləri” adlı fərdi rəsm sərgisi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Fevralın 11-dək davam edəcək sərgidə fırça ustasının müxtəlif janrlarda əsərləri nümayiş olunacaq.

azertag.az