Görkəmli bəstəkar Qara Qarayevin xatirəsi İstanbulda anılacaq
31.1.2018

Fevralın 19-dan 23-dək İstanbulda Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti Qara Qarayevin 100 illiyinə həsr edilən tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, “İSTAD – İstanbul” Türkiyə-Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşacaq tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin kollektivi də iştirak edəcək.

“İSTAD – İstanbul” Türkiyə-Azərbaycan Mədəniyyət Mərkəzinin dəvəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı əsasında, musiqi məktəbinin direktoru, Əməkdar Müəllim İkram Manafovun rəhbərliyi ilə məktəbin kollektivi həmin tədbirdə konsert proqramı ilə çıxış edəcək.

azertag.az