“Məktəblinin kitab klubu” layihəsi davam edir
31.1.2018

“Məktəblinin kitab klubu” layihəsi çərçivəsində növbəti tədbir 203 və 162 nömrəli tam orta məktəblərdə reallaşdırılıb.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının əməkdaşları tərəfindən keçirilən tədbir məktəblilər arasında kitabları təbliğ etmək məqsədini daşıyır.

Kitabxananın əməkdaşları məktəblilərə “Nağılların yolunda”, “Vitya Maleyev həm məktəbdə, həm evdə”, “Payızda yarpaqlar nə üçün tökülür?”, “Teleskop nədən danışır?”, “Hüquq və azadlığımızın ölçüsü”, “Azərbaycan tarixindən yüz şəxsiyyət” və “Elm və texnikanın inkişaf tarixi” kitabları haqqında ətraflı məlumat veriblər.

Ötən ilin aprel ayından başlanılan layihə bir çox orta məktəblərdə həyata keçirilib.

azertag.az