“Samsung Galaxy S9” və S9+ modellərinin şəkilləri yayıldı
29.1.2018

“Samsung Galaxy S9” və S9+ smartfonlarının ön hissəsinin şəkilləri dərc edilib.

Bu şəkilləri dərc edən “Venture Beat” portalına istinadən verilən məlumata görə, S0 modelinin ekranı 5,8 düym ölçüsündə olacaq. Onun 4 GB əməliyyat yaddaşı və 64 GB əlavə yaddaşı olacaq.

S9+ modeli isə 6,2 düym həcmində ekrana, 6 GB əməliyyat yaddaşına və 128 GB əlavə yaddaşa malik olacaq.

Barmaq izləri sensoru bundan əvvəlki modeldə olduğu kimi kameranın yanında deyil, onun altında yerləşəcək.

lent.az