“Dağlı qız” filmi “YARAT”da nümayiş olunacaq
29.1.2018

Yanvarın 30-da “YARAT” Müasir İncəsənət Mərkəzində Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı ilə “Dağlı qız” filmi nümayiş ediləcək.

“YARAT” Film Klubunun təşəbbüsü ilə təqdim ediləcək ekran əsəri adət-ənənələrə qarşı çıxan və sevilməyən bir insanla evlənməkdən imtina edən bir qızdan bəhs edir.

Kinorejissor İrina Poplavskaya tərəfindən lentə alınan ekran əsərinin məzmunu Dağıstanın Xalq Şairi Rəsul Həmzətovun eyni adlı poemasının süjetindən götürülüb. Film XX əsrinin 70-ci illərində ekranlaşdırılsa da onun mövzusu hələ də aktuallığını itirməyib.

azertag.az