Aleksandr Şarovskinin yubiley gecəsi keçiriləcək
29.1.2018

Bu il Azərbaycanın Xalq Artisti, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovskinin 70 yaşı tamam olur.

Bu münasibətlə fevralın 10-da Rus Dram Teatrında “Teatr həyatdır!” adlı yubiley gecəsi keçiriləcək.

Aleksandr Şarovski 1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. 1974-cü ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır, 1993-cü ildən teatrın baş rejissorudur. Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2008-ci ildə “Şöhrət” ordeninə layiq görülüb. Habelə “Qızıl dərviş” və “Humay” mükafatları laureatıdır. Aleksandr Şarovski Rusiyanın “Puşkin medalı”, “Müqəddəs Apostol Varfolomey” qızıl medalı ilə təltif edilib.

azertag.az