“Aşıq sənətinin qorunması haqqında” yeni qanun layihəsi parlamentdə müzakirə ediləcək
29.1.2018

Azərbaycanda “Aşıq sənətinin qorunması haqqında” qanun layihəsi hazırlanıb.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rəfael Hüseynov deyib.

O bildirib ki, hazırda yeni hazırlanan “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi müzakirə olunur: “Bu qanun layihəsi qəbul edildikdən sonra “Aşıq sənətinin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq”.

report.az