Georgi Şaroyev adına musiqi məktəbinin müəllim və şagirdləri İsmayıllıda olublar
26.1.2018

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin bir qrup müəllim və şagirdi İsmayıllıda olublar.

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində fortepiano ixtisası üzrə “Ustad dərs” və musiqi məktəbinin fortepiano şöbəsinin əvəzçi müəllimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Siala Sinamdzqvarişvilinin sinif konserti keçirilib. “Ustad dərs”i məktəbin fortepiano şöbəsinin müdiri Rəşidə Məmmədzadə İsmayıllı şəhər Fazil Əzimov adına uşaq musiqi məktəbinin şagirdləri ilə aparıb.

Tədbirdə şagirdlərin ifasında musiqi nömrələri təqdim olunub.

azertag.az