Azərbaycanı “Riga Jazz Stage 2018” müsabiqəsində Nərmin Məmmədli təmsil edəcək
26.1.2018

Bu yaz mövsümünün ən parlaq caz tədbiri sayılan “Riga Jazz Stage 2018” aprelin 5-7-də Riqanın “Splendid Palace” kinoteatrında keçiriləcək. Dünyanın 22 ölkəsindən 65 musiqiçinin iştirak edəcəyi bu müsabiqə gənc caz istedadları üçün nüfuz qazanmaq və özünü beynəlxalq səviyyədə nümayiş etdirmək üçün gözəl fürsətdir. Müsabiqə “Caz vokalı” və “Caz bası” adlı iki kateqoriyada təşkil olunacaq.

Azərbaycanı “Riga Jazz Stage 2018” müsabiqəsində Nərmin Məmmədli təmsil edəcək. Nərmin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir. O, həmçinin 2016-cı və 2017-ci illərdə keçirilən Bakı Caz Festivalının iştirakçısıdır.

Beynəlxalq münsiflər heyəti Litva, Estoniya, Türkiyə, Böyük Britaniya, Finlandiya, Almaniya, İtaliya, ABŞ, Çin, Braziliya və digər ölkələrin peşəkar musiqiçilərindən ibarət olacaq.

“Riga Jazz Stage” müsabiqəsi dünyada məşhurdur. Fəaliyyətə başladığı 2004-cü ildən burada 31 ölkədən 200-dən çox gənc ifaçı iştirak edib.

azertag.az