"Silk Way Travel"dan sərfəli təklif: Antalyaya cəmi 339 USD-ə
25.1.2018

“Silk Way Travel” turizm şirkəti türk tərəfdaşı “Summer Tour” şirkəti ilə birlikdə Türkiyənin məşhur kurortu Antalyaya super sərfəli turpaketlər təklif edir.

Bu barədə “Silk Way Travel” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Aksiya çərçivəsində cəmi 339 USD*-ə 5-ulduzlu oteldə 7 gecə/ 8 günlük turpaket əldə etmək mümkündür.

* Qiymət ikinəfərlik otaqda qalmaq şərtilə bir nəfər üçün hesablanıb.

Qiymətə birbaşa gediş-dönüş aviabileti (AZAL aviaşirkəti), hava limanı-otel-hava limanı transferi, “hər şey daxil” (all-inclusive) sistemi üzrə 5-ulduzlu oteldə gecələmə və tibbi sığorta daxildir. Kurort şəhəri Antalyada 10 otel seçimi təklif olunur.

Giriş tarixləri: 12, 16, 19 may və sentyabrın 15-dən 29-dək

Bundan başqa, “Silk Way Travel” həmçinin Türkiyə kurortlarında aksiya üzrə turpaketlərə daxil olmayan digər otellərə 70% -dək endirimlə erkən rezervasiya ilə digər səyahət paketlərinin satışına da başlayır.

Daha ətraflı məlumat üçün “Silk Way Travel” şirkətinə aşağıdakı telefon nömrələri vasitəsi ilə müraciət edə bilərsiniz: (+99412) 598-88-80; (+99450) 255-50-79, email: cctourism@swtravel.az; və ya Facebook sosial şəbəkəsindəki səhifəsinə: https://www.facebook.com/silkwaytravel.azerbaijan/

Turist paketlərini şirkətin Bakı şəhəri, Nizami küç.,126A ünvanında yerləşən ofisində və ölkənin digər turizm şirkətlərinin ofislərində əldə etmək mümkündür.

trend.az