Yanvar-dekabrda hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 19,1 faiz artıb
25.1.2018

2017-ci ilin yanvar-dekabr ayında hava nəqliyyatı ilə 2358,8 min və ya ötən ilin müvafiq dövrünə nisbətən 19,1 faiz çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 170,7 min tona çatıb.

azertag.az