Ötən il Azərbaycan Ukraynadan 45 min tona yaxın şəkər idxal edib
24.1.2018

2017-ci ildə Azərbaycan Ukraynadan 44,9 min ton şəkər idxal edib. Bu barədə “UKRSUGAR” Milli Şəkər İstehsalı Assosiasiyasının mətbuat xidmətindən bildiriblər.

Ukraynadan şəkər ixracatına görə, Azərbaycan ötən il üçüncü sırada yer alıb. 2017-ci ildə Ukrayna ən çox Şri-Lankaya 69,03 min ton, sonra isə Türkiyəyə 49,1 min ton şəkər ixrac edib.

Məlumata görə, Ukrayna 2017-ci ildə ümumilikdə 598,7 min ton şəkər ixrac edib ki, bu da ölkə büdcəsinə 279,9 milyon dollar vəsait qazandırıb. Bu göstərici 2016-cı illə müqayisədə 30 faiz çoxdur.

azertag.az