Nijni Novqorod Filarmoniyasında Qara Qarayevin xatirəsinə həsr edilən konsert olacaq
23.1.2018

Fevralın 5-də Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi münasibətilə Nijni Novqorod Filarmoniyasında ölməz musiqiçinin xatirəsinə həsr edilən konsert olacaq.

Konsertdə beynəlxalq mükafatlar və müsabiqələr laureatı Olqa Domninanın (fortepiano) ifasında Qara Qarayevin 24 prelyüdü, “Yeddi gözəl” baletindən fortepiano üçün süitası, habelə bəstəkarın oğlu Fərəc Qarayevin fortepiano üçün 2 nömrəli sonatası səsləndiriləcək.

Konsertdə Dmitri Şostakoviçin seçilmiş prelyüdləri də ifa ediləcək.

azertag.az