Sankt-Peterburqda Fuad Məmmədovun iştirakı ilə “Bağçasaray fontanı” baleti oynanılacaq
23.1.2018

Fevralın 13-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Boris Asafyevin “Bağçasaray fontanı” baleti oynanılacaq.

Teatrın saytına istinadla xəbər verilir ki, səhnə əsərində gənc knyaz Vatslav obrazını həmvətənimiz Fuad Məmmədov ifa edəcək. Baletin dünya premyerası 1934-cü ildə Leninqrad Dövlət Akademik Opera və Balet Teatrında (indiki Mariya Teatrı) olub.

F.Məmmədov Bakı Xoreoqrafiya Məktəbini (indiki Bakı Xoreoqrafiya Akademiyası) bitirib. Taras Şevçenko adına Ukrayna Milli Operasının artisti olub. 2013-cü ildən Mariya Teatrında çalışır.

azertag.az