Ötən il 2751 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
18.1.2018

2017-ci ilin yanvar-noyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 2751 nəfər qeydə alınıb.

1704 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1047 nəfər təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-avqust ayları ərzində isə 2080 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib. Həmin müddət ərzində isə 1202 nəfər isə Azərbaycandan gedib.

trend