Bakıda qrafiti üslubunda çəkilən əsərlər nümayiş ediləcək
18.1.2018

Yanvarın 21-də “Art Villa” rəsm qalereyasının divarlarında müxtəlif rəssamların qrafiti üslubunda çəkilən əsərlərinə ictimai baxış olacaq.

Bu barədə “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

Onun sözlərinə görə, rəsm əsərləri Stefan Bust (İsveçrə), Drax (Böyük Britaniya) və Emil Məcnunov (Azərbaycan) tərəfindən divarlar üzərində çəkilib.

D.Məmmədov deyib ki, sərgi İsveçrənin Azərbaycandakı səfirliyi, “Arts Council Azerbaijan” və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq.

azertag.az