“Min bir gecə”nin Şəhrizadı bu dəfə Nigar İbrahimova olacaq
17.1.2018

Fevralın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baleti təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən məlumat verilib ki, bu dəfə səhnə əsərində əsas partiyaları Əməkdar Artist Nigar İbrahimova, solistlər Anar Mikayılov və Cəmilə Kərimova canlandıracaq.

Balet Əməkdar Artist, dirijorların beynəlxalq müsabiqəsi laureatı Əyyub Quliyev tərəfindən idarə ediləcək.

azertag.az