“Qış nağılı” uşaqları bir araya gətirib
17.1.2018

“Leyla art” studiyasında uşaq rəsmlərindən ibarət “Qış nağılı” adlı sərgi açılıb.

Sərginin kuratoru Elnurə İsgəndərova deyib ki, sərgidə paytaxtdakı rəsm dərnəklərini təmsil edən 6-16 yaşlı uşaq və yeniyetmələrin əl işləri nümayiş olunub.

Sərginin ekspozisiyasında yurdumuzun qış mənzərələrini əks etdirən 80-dək sənət əsəri izləyicilərin ixtiyarına verilib.

Tədbirin sonunda iştirakçılar diplomla təltif ediliblər.

azertag.az