Milli Kitabxanada “Tofiq Kazımov – 95” adlı sərgi açılıb
17.1.2018

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında teatr sənətinin parlaq simalarından biri, Xalq Artisti, rejissor Tofiq Kazımovun anadan olmasının 95 illiyinə həsr olunmuş “Tofiq Kazımov – 95” adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərginin açılışından öncə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova sənətkarın zəngin yaradıcılığı və sənət fəaliyyəti ilə bağlı qonaqlara məlumat verib.

Sərgidə sənətkarın müəllifi olduğu kitablar, onunla bağlı görkəmli şəxsiyyətlərin söylədiyi fikirlər, habelə haqqında yazılmış kitablar və dövri mətbuatda dərc edilmiş məqalələri nümayiş olunub.

azertag.az