Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır
17.1.2018

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında E.Uspenskinin “Çeburaşka” əsəri əsasında eyniadlı tamaşa hazırlanır.

Teatrın mətbuat xidmətindən bildirilib ki, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, rəqslər və səhnə hərəkəti üzrə baletmeyster Ceyhun Dadaşovdur.

Tamaşada əsas rolları Əməkdar artist Almaz Mustafayeva, aktyorlar Səbinə Məmmədova, Xəyalə Meydanova, Müşfiq Əliyev, Yasəmən Məmmədova, Zülfiyyə Alhüseynova, Anar Səfiyev, Zümrüd Quliyeva, Asya Atakişiyeva və başqaları ifa edəcəklər.

Səhnə əsərinin premyerası martın 18-də keçiriləcək.

azertag.az