Bakı məktəblərində dövlət bayrağımızın tarixi öyrədilir
16.1.2018

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr davam edir.

BŞTİ-dən bildirilib ki, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi ilə birgə təşkil olunan

mühazirələrin keçirilməsində məqsəd məktəbliləri milli mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.

Səyyar mühazirələrdə şagirdlərə dövlətimizin başçısı tərəfindən elan olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti İli”, bayrağımızın günümüzə qədər keçdiyi tarixi yol və Azərbaycanın dövlət atributları haqqında məlumat verilir, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanır. Eyni zamanda, şagirdlər bayrağımıza həsr olunmuş şeirlər səsləndirir, Azərbaycanın dövlət atributları ilə bağlı fikirlərini bölüşürlər.

Qeyd edək ki, son dörd il ərzində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 170-dən çox ümumtəhsil məktəbində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr təşkil olunub.

azertag.az