“Jizel” baleti Sankt-Peterburq Mariya Teatrında Eldar Əliyevin quruluşunda təqdim ediləcək
16.1.2018

Yanvarın 21-də “Jizel” baleti Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Eldar Əliyevin quruluşunda təqdim ediləcək.

Səhnə əsəri Mariya Teatrının Vladivostokdakı Primorsk səhnəsinin balet truppasının Sankt-Peterburqa qastrolu (yanvarın 17-dən 21-dək) çərçivəsində nümayiş olunacaq.

Bakıda dünyaya göz açan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

azertag.az