Nərgiz Əliyarovanın Nyu-York Universitetində mühazirə-konserti olacaq
15.1.2018

Fevralın 9-da Nyu-York Universitetində Azərbaycanın Əməkdar Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarovanın mühazirə-konserti olacaq.

Mühazirə-konsert Azərbaycan musiqisinin XX əsrin ikinci yarısından başlayaraq indiyədək olan mərhələsini əhatə edəcək. Tədbirdə Q.Qarayev, V.Mustafazadə, C.Hacıyev, A.Rzayev, A.Əlizadə, A.Məlikov, F.Əlizadə və F.Sücəddinovun əsərləri səsləndiriləcək.

azertag.az