Bərdədə kikboksinq üzrə rayon birinciliyi keçirilib
15.1.2018

Bərdə rayonunda kikboksinq üzrə gənclər, yeniyetmələr və kadetlər arasında rayon birinciliyi keçirilib.

Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Prins” kikboksinq idman klubunun zalında keçirilən yarışda Bərdə, Ağdam rayonları və Mingəçevir şəhərindən 15 çəki dərəcəsində 102 idmançı iştirak edib.

Əvvəlcə Azərbaycanın dövlət himni oxunub. Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxış edərək, ölkəmizdə idmanın inkişafına və idmançılara göstərilən dövlət qayğısından danışıb, idmançılara uğurlar arzulayıb.

Gərgin mübarizə şəraitində keçən yarışın qalibləri müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

azertag.az