Gənc boksçular Azərbaycan birinciliyində qüvvəsini sınayacaq
15.1.2018

Bu gün gənc boksçular arasında Azərbaycan birinciliyi start götürəcək. Yarışda paytaxt Bakı və respublikanın müxtəlif bölgələrindən 31 komanda mübarizə aparacaq.

Boks Federasiyasından verilən məlumata görə, 10 çəki dərəcəsi üzrə baş tutacaq birincilik Boks Mərkəzində təşkil olunacaq.

Qalib adı uğrunda 140 idmançı qüvvəsini sınayacaq.

Döyüşlər hər gün saat 14:00-da başlanacaq. Final qarşılaşmaları isə yanvarın 19-da keçiriləcək.

trend