Azərbaycanlı violonçel ifaçısı İngiltərədə konsert proqramı ilə çıxış edəcək
11.1.2018

Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev yanvarın 23-də İngiltərənin Kinqs-Linn şəhərindəki “Town Hall”da konsert proqramı ilə çıxış edəcək.

Konsertdə F.Şubert və F.Şopenin əsərləri səsləndiriləcək. C.Əliyevi fortepianoda Daniel Evans müşayiət edəcək.

Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

azertag.az