6 saylı marşrut avtobuslarının hərəkətində DƏYİŞİKLİK edilib
11.1.2018

6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, dəyişikliyə əsasən 6 nömrəli marşrut xətti üzrə avtobuslar Nəriman Nərimanov prospektində yerləşən 173 nömrəli məktəbin qarşısınadək hərəkət edəcək.

Dəyişiklik edilməsinə səbəb qeyd edilən ünvanlarda yaşayan sakinlərin BNA-ya çoxsaylı müraciətləri və sözügedən məktəbə sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etməkdir.

Agentlikdən bildirilib ki, sınaq müddəti məqsədilə 6 nömrəli xətt üzrə avtobuslar yenilənmiş trayektoriya üzrə hərəkət edir.

trend