Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası alimləri müayinə edəcək
11.1.2018

Yanvarın 11 və 12-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) humanitar aksiya keçirəcək.

Mərkəzdən bildiriblər ki, mütəmadi olaraq respublikanın müxtəlif regionlarında pasiyentlərə səyyar xidmət göstərən klinika bu dəfə AMEA-nın əməkdaşlarını müayinə edəcək. Aksiyanın məqsədi akademiyanın əməkdaşlarının səhhətləri ilə bağlı problemlərin həllinə kömək göstərmək, eyni zamanda, göz xəstəliklərinə dair monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə edərək yerindəcə həll etməkdir.

Qeyd edək ki, fəaliyyət müddəti ərzində Səyyar Klinika respublikanın 92 rayon və şəhərində 130 aksiya keçirib.

azertag.az