SimSim abunəçilərinin nəzərinə: 8 ölkədə internet-rominq
10.1.2018

2018-ci il fevralın 8-dən etibarən "Azercell"in fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçiləri 8 ölkəyə səfər edərkən rominqdə mobil internet xidmətindən də faydalana biləcəklər.

Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və Özbəkistanda bu xidmətdən istifadə edən SimSim abunəçiləri üçün vahid tarif tətbiq olunacaq. Belə ki, hər bir MB-a görə xidmət haqqı 2,2 manat təşkil edəcək. Mobil internet xidmətinin hesablanma intervalı 30 kb təşkil edir.

Xidmət yuxarıda sadalanan ölkələrdə avtomatik olaraq aktivləşir. Rominqdə internet xidmətindən faydalanmaq üçün nömrənin cari balans hesabında 1 manat minimal məbləğ olmalıdır.

Ümumi xidmət haqqı məbləğinin vergüldən sonrakı qəpik hissəsi qanunvericilikdə müəyyən edilən qaydada iki işarəyədək yuvarlaqlaşdırılır.

trend.az