Tanınmış violin ifaçısı Tahir Atakişiyevin xatirəsi anılacaq
9.1.2018

Yanvarın 17-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış violin ifaçısı, Əməkdar Artist Tahir Atakişiyevin xatirəsi yad olunacaq.

Filarmoniyadan bildirilib ki, gecədə musiqişünasın pedaqoji fəaliyyətindən, milli musiqimizin inkişafındakı xidmətlərindən danışılacaq, əsərləri səsləndiriləcək.

Konsert Xalq Artisti Teymur Göyçayevin bədii rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tərəfindən müşayiət olunacaq.

Qeyd edək ki, Tahir Atakişiyev pedaqoji fəaliyyəti dövründə skripka və fortepiano, eləcə də müxtəlif musiqi ansamblları üçün çox sayda transkripsiya yazıb. Onların çox hissəsi Rusiya və Azərbaycanın musiqi nəşriyyatları tərəfindən çap edilib. O, “Skripkada çalmağı ilkin öyrənmək üçün vəsait” adlı elmi-metodik işin müəllifidir.

azertag.az