İfaçılarımız beynəlxalq müsabiqədən medalla qayıdıblar
9.1.2018

Rusiyanın Sankt-Peterburq şəhərində görkəmli musiqiçi və pedaqoq, professor S.İ.Savşinskinin xatirəsinə həsr edilmiş IX Beynəlxalq Musiqi Müsabiqəsi keçirilib.

Beş yaş kateqoriyası üzrə təşkil edilən müsabiqəyə Rusiya, İsveç, Çin, Türkiyə, Belarus, Estoniya, Polşa, Finlandiya, Belçika, ABŞ, Moldova, Qazaxıstan və Litvadan olan musiqiçilər qatılıb. Müsabiqədə ölkəmizi Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin 5-ci sinif şagirdi 10 yaşlı Şirin Əmiraslanova və Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 2-ci kurs tələbəsi Nəriman Əmiraslanov təmsil ediblər. Təmsilçilərimiz müsabiqənin laureatı adını qazanaraq üçüncü dərəcəli diploma layiq görülüb, müsabiqənin diplomantı adını qazanıblar.

azertag.az