Emil Qədirov Larisa Rubalskayanın yaradıcılıq gecəsində iştirak edəcək
9.1.2018

Yanvarın 14-də Moskvada, Novıy Arbatdakı konsert zalında şair, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Larisa Rubalskayanın yaradıcılıq gecəsi keçiriləcək.

Həmvətənimiz Emil Qədirov tədbirdə iştirak edəcək.

E.Qədirov Kreml Sarayında, İttifaqlar Evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Rusiyanın “Qolos” layihəsinin iştirakçısı olan E.Qədirov hazırda “Qradskiy Holl” teatrının solistidir. Onun repertuarına dünya klassik operasından ariyalar, müxtəlif ölkələrin bəstəkarlarının romansları və estrada mahnıları daxildir.

azertag.az