Yeniyetmə boksçuların mübarizəsi başlayır
9.1.2018

Bu gün yeniyetmə boksçular arasında açıq Bakı birinciliyi start götürəcək. Boks Mərkəzində təşkil olunacaq yarışda 150-dək idmançı gücünü yoxlayacaq.

Boks Federasiyasından verilən məlumata görə, birinciliyə paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da qatılacaq.

2002-2003-cü il təvəllüdlü boksçular arasında baş tutacaq yarışda 14 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşdirəcək.

Döyüşlər bu gün saat 15:00-da başlanacaq. Final qarşılaşmaları isə yanvarın 12-də olacaq.

trend.az