Sankt-Peterburqda Fuad Məmmədovun iştirakı ilə “Pavlovsk” baleti oynanılacaq
8.1.2018

Yanvarın 31-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində balet axşamı keçiriləcək.

Teatrın saytına istinadla xəbər verilir ki, gecədə təqdim ediləcək Karen Le Frakın “Pavlovsk” adlı birpərdəli baletində həmvətənimiz Fuad Məmmədov da çıxış edəcək. Baletin premyerası 2016-cı ildə Mariya Teatrında olub.

F.Məmmədov Bakı Xoreoqrafiya Məktəbini (indiki Bakı Xoreoqrafiya Akademiyası) bitirib. Taras Şevçenko adına Ukrayna Milli Operasının artisti olub. 2013-cü ildən Mariya Teatrında çalışır.

azertag.az