Bakıda AZFAR uşaq-gənclər futbol məktəbi şəbəkəsi açılır
8.1.2018

ASEP şirkəti Azfargoup-un dəstəyi ilə şəhərimizin idman həyatında ciddi hadisə olacaq yeni layihəyə start verir – Bakıda AZFAR uşaq-gənclər futbol məktəbi açılır. Gələcəkdə sözügedən məktəblər şəbəkəsinin şəhərin bütün rayonlarında fəaliyyət göstərməsi nəzərdə tutulur.

Bu bir çox vacib məsələni həll edəcək bir layihədir: uşaqların idmanla məşğul olmağa cəlb olunması, uşaq və gənclər futbolunun inkişafı, idman potensialının üzə çıxarılması və peşəkar kadrların yetişdirilməsi və cəmiyyətin sağlam inkişafı.

Bu cür məktəblər yalnız uşaqları deyil, onların valideynlərini də sevindirir – belə ki, idmanla məşğul olan uşaq həm fiziki, həm də əxlaqi və mənəvi cəhətdən sağlam böyüyəcək və pis mühitlərdən uzaq qalacaq.

AZFAR futbol məktəbinin mövcud məktəblərdən əsas fərqi nədir? İlk növbədə, tədrisə peşəkar yanaşılır. Gənc futbolçulara yalnız futbol oynamaq üçün praktiki bacarıqlar deyil, eyni zamanda nəzəri biliklər də öyrədilir.

AZFAR futbol meydançaları (Bakının bütün rayonlarında fəaliyyət göstərən 29 açıq və qapalı meydança) – adi stadionlar deyil, futbolla tam məşğul olmaq üçün hər bir şəraiti – FİFA standartlarına uyğun qurulmuş yüksək keyfiyyətli süni ot örtüyü, məşqlər zamanı minimal zədə, rahat soyunub-geyinmə otaqları və duşlar, bütün uşaqlara veriləcək idman dəstləri - olan bütöv bir infrastrukturdur.

Valideynlərin xidmətinə rahat avtomobil dayanacaqları, bir fincan qəhvə ilə monitorlardan məşqlərin gedişinə və məşqçilərin işinə baxa biləcəkləri istirahət zonası və kafe təqdim edilir.

trend.az