Bakıda rus rəssamlarının əsərləri sərgilənəcək
8.1.2018

Yanvarın 13-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda ölkəmizdə yaşayan rus fırça ustalarının əsərlərindən ibarət sərgi açılacaq.

Rəssamlar İttifaqından bildirilib ki, Rusiyanın Bakıdakı Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq sərgidə müxtəlif mövzulu sənət əsərləri nümayiş olunacaq.

50-dən artıq sənət əsərlərinin təqdim ediləcəyi sərgi üç gün ziyarətçilər üçün açıq qalacaq.

azertag.az